UNESCO-nun keçmiş baş katibi: Hazırda dünyada təhsil böhran vəziyyətindədir

UNESCO-nun keçmiş baş katibi: Hazırda dünyada təhsil böhran vəziyyətindədir

UNESCO-nun keçmiş baş katibi İrina Bokova bildirib ki, hazırda dünyada təhsil böhran vəziyyətindədir.

"Birxeber.Az" xəbər verir ki, bunu o, “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun V panel müzakirəsində deyib.

İ.Bokova vurğulayıb ki, bu proses koronavirus pandemiyasından öncə də olub:
"15 milyondan çox qadın yoxsulluq həddində yaşayır, uşaqlar da bundan təsirlənir. Uşaqlar məktəb yaşına çatır, amma oxumaq və yazmağı bilmirlər. Yaşıl enerjiyə keçiddən danışırıq, amma kifayət qədər mütəxəssisimiz yoxdur. Elmi qovşaqlar yaradılmalıdır. Hər bir ölkənin elmi və iqlim araşdırmaları ərsəyə gətirməlidir".