Belçikanın sabiq hökumət başçısı: İqlim sahəsində maarifləndirmə gücləndirilməlidir

Belçikanın sabiq hökumət başçısı: İqlim sahəsində maarifləndirmə gücləndirilməlidir

İqlim sahəsində maarifləndirmə mühüm məsələdir və gücləndirilməlidir.

"Report" xəbər verir ki, bunu Belçikanın keçmiş Baş naziri Yves Leterme "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun beşinci panel müzakirəsində deyib.

Onun sözlərinə görə, bunun üçün əsas məqamlardan biri maliyyə vəsaitinin artırılmasıdır: "Vaxt bizə qarşı işləyir. Odur ki, təcili tədbirlər görülməlidir. Artıq dünya ölkələri yeni çağırışlarla, çətinliklərlə üzləşib. Ölkələrin müdafiə xərcləri getdikcə artır".

Sabiq hökumət başçısı bildirib ki, müxtəlif ölkələrdə insanların iqlim dəyişikliyi, ekologiyanın qorunması ilə bağlı mövqeləri fərqlidir.