Baş nazir: Ərzaq məhsullarıyla özünütəminetmə səviyyəsinin yüksəldilməsi əsas vəzifələrdən biridir

Baş nazir: Ərzaq məhsullarıyla özünütəminetmə səviyyəsinin yüksəldilməsi əsas vəzifələrdən biridir

Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılıq səviyyəsinin azaldılması Hökumətin gündəliyində duran əsas vəzifələrdən biridir.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

Baş nazir deyib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 mln. manat vəsait ayrılıb: “1 yanvar 2024-cü ildən kənd təsərrüfatı sahəsi üzrə vergi güzəştlərinin vaxtı daha 3 il müddətinə uzadılıb”.