Pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi sahəsində görülən işlər açıqlanıb

Pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi sahəsində görülən işlər açıqlanıb

Deputatları narahat edən pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üzrə problemlərin həlli ilə bağlı mülkiyyət sənədləri almayan vətəndaşlardan 53 min 516 nəfərin müraciəti daxil olub.

Birxeber.Az-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

Baş nazir deyib ki, onlardan 47 min 509 müraciət üzrə (~90%) dövlət qeydiyyatı aparılıb və mülkiyyət sənədləri verilib.