ABŞ-da Azərbaycandan keçən nəqliyyat və tranzit yolları müzakirə edilib

ABŞ-da Azərbaycandan keçən nəqliyyat və tranzit yolları müzakirə edilib

ABŞ-ın Şərqində əsas logistika şəbəkələrindən olan Merilend ştatının Baltimor şəhərində “Orta Dəhliz: İqtisadiyyatların limanlar və hava daşımaları vasitəsilə əlaqələndirilməsi” adlı konfrans keçirilib.

“Birxeber.Az”un yerli bürosu xəbər verir ki, ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan Missiyasının birgə təşkilatçılığı, eləcə də Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi və Qlobal Palatanın Baltimor nümayəndəliyinin tərəfdaşlığı ilə baş tutan konfransa özəl və dövlət sektorundan 70-ə yaxın nümayəndə qatılıb.

Tədbiri giriş sözü ilə açan USACC-nin icraçı direktoru Natiq Baxışov konfransı beynəlxalq aləmdə və regionda baş verən hadisələrin prizmasından dəyərləndirib və müzakirələrin əhəmiyyətini vurğulayıb.

Konfransda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administratorunun köməkçisinin müavini Aleksandr Sokolovski, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev, TRACECA Hökumətlərarası Komissiyasının baş katibi Asset Assavbayev, Azərbaycan Respublikası və Gürcüstanın ABŞ-dakı səfirləri Xəzər İbrahim və David Zalkaliani çıxış edib. Natiqlər qlobal pandemiya və regionda cərəyan edən geosiyasi proseslərin transkontinental daşımalara və ümumiyyətlə, təchizat zəncirlərinə ciddi ziyan vurduğunu qeyd etmiş, Mərkəzi Asiya, Azərbaycan və Gürcüstandan keçən nəqliyyat və tranzit dəhlizlərinin yerli və xarici şirkətlərə alternativ imkanlar yaratdığını vurğulayıblar. Hava daşımalarının müzakirə edildiyi birinci paneldə "Silk Way West Airlines" şirkətinin Amerika üzrə vitse-prezidenti Fadi Nahas və "Boeing" şirkətinin bazar araşdırmaları üzrə regional direktoru Tom Krəbtri natiqlər qismində, ABŞ Ticarət Departamentinin beynəlxalq ticarət üzrə mütəxəssisi Evan Conson moderator qismində çıxış ediblər. Panel müzakirələrində qlobal hava daşımalarındakı hazırkı vəziyyət və gözlənilən inkişaf dinamikası müzakirə edilmişdir. Natiqlər Azərbaycanın coğrafi mövqeyinin ölkəyə verdiyi üstünlüklər barədə danışmış, ölkənin Avrasiya qitəsində hava daşımalarının əhəmiyyətli hissəsini özünə cəlb etmək imkanının olduğunu vurğulayıblar.

Konfransın ikinci paneli limanlar və azad ticarət zonalarının inkişafı mövzusuna həsr edilib. Avropa Yenidənqurma və İnkişaf Bankının Şimali Amerika üzrə nümayəndəliyinin biznesin inkişafı üzrə rəhbəri Bencamin Todun moderatorluğu ilə baş tutan ikinci paneldə Bakı Beynəlxalq Dəniz Ticarət Limanın baş direktoru Taleh Ziyadov, "Clements Worldwide" beynəlxalq sığorta şirkətinin rəhbəri Tarun Çopra, azad ticarət zonalarının inkişaf etdirilməsi üzrə təlim və konsultasiya şirkəti ISCM-in birinci vitse-prezidenti Melisa İrmen və Merilend limanının əməkdaşı Nik Porter çıxış ediblər.

Paneldə Bakı limanının regionda mərkəzi rolu barədə məlumat verilmiş, son aylarda Bakı limanından keçən yüklərin say və həcminin əhəmiyyətli dərəcədə artdığı bildirilmişdir. Müzakirələrdə azad iqtisadi zonalar üzrə ABŞ təcrübəsi təqdim edilmiş, texniki müqayisələr təqdim edilmişdir.

Əsas sponsorları ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan Missiyası və "Silk Way West Airlines" şirkəti olan konfransın sonunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı adından konfrans iştirakçılarına Azərbaycan milli mətbəxinin nümunələrindən ibarət ziyafət verilib.

Xarici siyasət Xarici siyasət
XİN: "Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib"

XİN: "Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib"

Xarici siyasət Xarici siyasət
Monteneqro parlamentinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Monteneqro parlamentinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Xarici siyasət Xarici siyasət
İsxaq Hersoq: "Azərbaycana səfər etmək mənim və millətim üçün həyata keçən arzudur"

İsxaq Hersoq: "Azərbaycana səfər etmək mənim və millətim üçün həyata keçən arzudur"

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev: "Biz hədəfə doğru gedirik və bir çox hədəflərə çatmışıq"

Prezident İlham Əliyev: "Biz hədəfə doğru gedirik və bir çox hədəflərə çatmışıq"

Xarici siyasət Xarici siyasət
Hikmət Hacıyev: "Biz birbaşa təmaslar qurmalı və məsələni yerində həll etməliyik"

Hikmət Hacıyev: "Biz birbaşa təmaslar qurmalı və məsələni yerində həll etməliyik"

Xarici siyasət Xarici siyasət
XİN: "Fransanın Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər separatizmin təşviqindən başqa bir şey deyil"

XİN: "Fransanın Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər separatizmin təşviqindən başqa bir şey deyil"

Xarici siyasət Xarici siyasət
Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin məhdud tərkibdə görüşü keçirilib

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin məhdud tərkibdə görüşü keçirilib

Xarici siyasət Xarici siyasət
Azərbaycan Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndə təyin edib

Azərbaycan Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndə təyin edib

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti və Almaniya Kansleri birgə mətbuat konfransı keçiriblər

Azərbaycan Prezidenti və Almaniya Kansleri birgə mətbuat konfransı keçiriblər

Xarici siyasət Xarici siyasət
Finlandiya lideri Prezident İlham Əliyevi təbrik edib

Finlandiya lideri Prezident İlham Əliyevi təbrik edib

Xarici siyasət Xarici siyasət
FHN-in Türkiyədəki səhra hospitallarında 1623 nəfərə tibbi xidmət göstərilib

FHN-in Türkiyədəki səhra hospitallarında 1623 nəfərə tibbi xidmət göstərilib

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başlayıb

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başlayıb