XİN başçısı: Gürcüstan Yaxın Şərqdə sülhün zəruriliyini dəstəkləyir

XİN başçısı: Gürcüstan Yaxın Şərqdə sülhün zəruriliyini dəstəkləyir

Gürcüstan Yaxın Şərqdə sülhün zəruriliyini dəstəkləyir.

APA xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün nəticələrinə dair mətbuat üçün brifinq zamanı deyib.

"Mən hər iki ölkəyə Gürcüstanın Aİ-yə üzvlüyü məsələsi barədə məlumatlar verdim. Ölkələrimiz arasındakı olacaq layihələr əlaqəmizin inkişafına xidmət edəcək", - nazir əlavə edib.