Darçiaşvili: Üçtərəfli format bizə regionun ehtiyaclarından xəbərdar olmağa şərait yaradır

Darçiaşvili: Üçtərəfli format bizə regionun ehtiyaclarından xəbərdar olmağa şərait yaradır

Üçtərəfli format regional əməkdaşlığın hərtərəfli, səmərəli və uğurlu mexanizmlərindən biridir.

Birxeber.Az xəbər verir ki, bunu Gürcüstan XİN başçısı İlya Darçiaşvili bu gün Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair brifinq zamanı deyib.

“Bu gün üçtərəfli formatda tərəfdaşlığımızın əhəmiyyətini və sabitliyini bir daha təsdiqlədik. Qeyd etmək istərdim ki, bu format regional əməkdaşlığın hərtərəfli, səmərəli və uğurlu mexanizmlərindən biridir. Xüsusilə dünyada və regionda mövcud çağırışlar fonunda bu platforma bizə regionun ehtiyaclarından xəbərdar olmağa şərait yaradır", - nazir bildirib.