Əli Əsədov: "Ərzaq təhlükəsizliyinə ötən il 478 milyon manat ayrılıb"

Əli Əsədov: "Ərzaq təhlükəsizliyinə ötən il 478 milyon manat ayrılıb"

2023-cü ildə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 milyon manat vəsait ayrılıb.

"Report" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən bildirib.

Bundan başqa, onun sözlərinə görə, bu il yanvarın 1-dən kənd təsərrüfatı sahəsi üzrə vergi güzəştlərinin vaxtı daha 3 il uzadılıb.