Hakan Fidan: Cənubi Qafqazı sülh, rifah və sabitlik mərkəzinə çevirmək imkanımız var

Hakan Fidan: Cənubi Qafqazı sülh, rifah və sabitlik mərkəzinə çevirmək imkanımız var

Cənubi Qafqazı sülh, rifah və sabitlik mərkəzinə çevirmək imkanımız var.

“Birxeber.Az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib.

Türkiyə XİN başçısı vurğulayıb ki, Tbilisidəki görüşdən sonra istər regionda, istərsə də qlobal miqyasda dəhşətli hadisələrə şahidlik edilib: “Bölgədə müsbət hadisələr də baş verdi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, Gürcüstan Avropa İttifaqına namizəd statusu qazandı".

Nazir əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu tam potensialı ilə fəaliyyət göstərməlidir.

H.Fidan Qarabağ zəfərinin doğurduğu reallıqlardan da söz açıb: “Zəfər bölgədə yeni reallıqlar yaradıb. Artıq regionda qalıcı sülhü təmin etmək mümkün görünür”.

O, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyini yüksək qiymətləndirib və bu münasibətlə təbriklərini çatdırıb.