Hakima El Haite: COP geosiyasi vasitədən daha böyük əhəmiyyət kəsb edir

Hakima El Haite: COP geosiyasi vasitədən daha böyük əhəmiyyət kəsb edir

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) sessiyaları geosiyasi vasitədən daha böyük əhəmiyyət kəsb edir, söhbət bəşəriyyətin gələcəyindən gedir.

“Birxeber.Az” xəbər verir ki, bunu "Liberal International" təşkilatının Prezidenti, Mərakeşin İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi Hakima El Haite XI Qlobal Bakı Forumunun IV panel müzakirəsində deyib.

“Planetin gələcəyinin taleyi həll olunur. Biz Paris Sazişini bağladıq və bir sıra vədlər verdik. Bütün COP konfranslarında biz optimist olduğumuzu bildiririk. Amma biz realist olmalıyıq. Məqsədlərə çatmaq üçün bizə məsuliyyətli yanaşma və birlik, eləcə də maliyyələşməyə daha çox diqqət lazımdır”, - o vurğulayıb

El Haite qeyd edib ki, Azərbaycanda keçiriləcək COP29 konfransında diqqəti “yaşıl enerji”yə ədalətli keçid məsələlərinə yönəltmək lazımdır.