Azərbaycanın UEFA reytinqindəki yeri bəlli olub

Azərbaycanın UEFA reytinqindəki yeri bəlli olub

Avropa Liqası və Konfrans Liqasında 1/8 finalın cavab oyunları keçirildikdən sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

Apasport.az xəbər verir ki, Azərbaycanın xal hesabı dəyişməz qalıb. Ölkəmiz 2023/2024 mövsümünü 27-ci pillədə başa vurub.

Avrokuboklardakı son təmsilçimiz “Qarabağ”ın da mübarizəni dayandırması ilə reytinqdə irəliləməyəcəyimiz məlum olub.

Həmçinin sıralamada aşağı pillələrdə qərarlaşan ölkələrin heç birinin təmsilçisi mübarizəni davam etdirmir.

Beləliklə, cari mövsümdə toplanılan ümumi əmsal 5.875 olub. Azərbaycanın son 5 mövsüm üçün əmsalı isə 20.125-ə bərabərdir.