Füzuli sakini: “Çox həyəcanlıyam”

Füzuli sakini: “Çox həyəcanlıyam”

“Füzuliyə qayıdışımla bağlı çox həyəcanlıyam”.

“Birxeber.Az” xəbər verir ki, bunu keçmiş məcburi köçkün, Füzuli sakini Rəqsanə Məmmədova deyib.

“Allah cənab Prezidentimiz İlham Əliyevə can sağlığı versin, bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allahdan şəfa diləyirəm.

Çox şadam ki, ailəmlə doğma yurduma qayıdıram. Füzulini tərk edən 5 yaşım vardı. Füzuli ilə bağlı çox anlar yadımda qalıb. Allah hər kəsin yolunu açıq eləsin”, - R.Məmmədova deyib.

“Füzuli ilə bağlı xatirələrim o qədər xoşdur ki, onu ifaə etməyə çətinlik çəkirəm. Oranı anamla birlikdə tərk eləmişdim. Təəssüf ki, anam dünyasını dəyişib. Bu gün Füzuliyə öz ailəmlə, övladlarımla qayıdıram”.

O, qeyd edib ki, Füzuli ilə bağlı bir sıra planları var: “Füzulidə bəzi işləri görmək istərdim. Planlarım var. İnşallah arzularıma çataram”.

Qeyd edək ki, bu gün Füzuli şəhərinə növbəti köç başlayıb. Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də daha 30 ailə (104 nəfər) Füzuliyə yola salınıb.