Dövlət büdcəsinin profisiti 1,3 mlrd. manatı ötüb

Dövlət büdcəsinin profisiti 1,3 mlrd. manatı ötüb

2024-cü ilin yanvar-fevral ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.5% azalaraq 6 milyard 555 milyon manat təşkil edib.

"Birxeber.Az-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-fevral ayında büdcənin xərcləri isə 43,5% artaraq 5 milyard 253 milyon manata yüksəlib.

Nəticədə büdcənin profisiti 1 milyard 302 milyon manata bərabər olub.