Nazir: Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan-Türkiyə regional əməkdaşlığına xüsusi əhəmiyyət verir

Nazir: Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan-Türkiyə regional əməkdaşlığına xüsusi əhəmiyyət verir

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin hərbi işğalına son verilməsinin nəticəsi olaraq ötən 4 ildə regional vəziyyətdə tarixi dəyişikliklər meydana gəlib.

Birxeber.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının üçtərəfli görüşünün açılış nitqində deyib.

O qeyd edib ki, işğala son verilməsi ilə Azərbaycan regionda sülh və sabitliyin əsasını qoyub.

Ceyhun Bayramov üç ölkə arasındakı uğurlu regional iqtisadi əməkdaşlıq əlaqələrinin olduğunu, regional və qlobal əhəmiyyətli iri iqtisadi layihələrin gerçəkləşdirildiyini, həyata keçirilən layihələrin Şərqlə Qərb arasında ticarət əlaqələrinə töhfə verdiyini vurğulayıb.

Nazir əlavə edib ki, ölkələr arasındakı uğurlu əməkdaşlıq əlaqələri xalqların iradəsini əks etdirir.

Nazir Ceyhun Bayramov Azərbaycan Prezidentinin üçtərəfli əməkdaşlıq formatına xüsusi önəm verdiyini vurğulayıb.

“Prezident İlham Əliyev Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlığa xüsusi əhəmiyyət verir”, - Ceyhun Bayramov deyib.

Səid Babazadə

Aytən Sakitqızı