Almaniyanın əfsanəvi futbolçusu: “Bayer 04”ün “Qarabağ”la oyununu uzun müddət xatırlayacağıq

Almaniyanın əfsanəvi futbolçusu: “Bayer 04”ün “Qarabağ”la oyununu uzun müddət xatırlayacağıq

“Bayer 04”ün “Qarabağ”la oyununu uzun müddət xatırlayacağıq.

“Report” xəbər verir ki, bunu Almaniya futbolunun əfsanəsi Lotar Matteus “Bayer 04” klubunun “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

62 yaşlı mütəxəssis Leverkuzen təmsilçisinin çıxışından məmnun qalmadığını da gizlətməyib: “Bu, əlbəttə ki, “Bayer 04”ün ən yaxşı oyunu deyildi. Təmsilçimiz qalib gəlmək istəyindən vaz keçmədi. Bu da “Bayer 04”ün son bir neçə ayda Xabi Alonso ilə təkrar-təkrar yaşadığı uğur hekayəsindən xəbər verir”.

Qeyd edək ki, iki oyunun cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer 04” 1/4 finala adlayıb.