Dennis Frensis: XI Qlobal Bakı Forumunun mövzusu dövrümüzün ən mühüm çağırışını əks etdirir

Dennis Frensis: XI Qlobal Bakı Forumunun mövzusu dövrümüzün ən mühüm çağırışını əks etdirir

XI Qlobal Bakı Forumunun “Parçalanmış dünyanın bərpası” adlı mövzusu xüsusilə diqqətəlayiqdir və dövrümüzün ən mühüm çağırışını əks etdirir.

“Report” xəbər verir ki, bu barədə BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Frensisin XI Qlobal Bakı Forumunun iştirakçılarına müraciətində qeyd edilib.

“Biz parçalanmış dünyanı bərpa etməyə çalışarkən, Beynəlxalq Mərkəzin adını daşıyan dahi şair Nizami Gəncəvinin təhsil, tolerantlıq, dialoq və qarşılıqlı anlaşma ilə bağlı idealları, eyni zamanda, qlobal idarəetmə sistemlərində effektiv tarazlıq və sabitliyi bərpa etmək üçün strategiyalar kollektiv töhfəmizin əsasını təşkil etməlidir”, - o vurğulayıb.

D.Frensis ekspertləri və ictimai xadimlərini vahid platformada bir yerdə toplamaq imkanına görə Bakı Forumunun təşkilatçılarına, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.