BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti: Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edirik - FOTO

BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti: Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edirik - FOTO

BMT Baş Assambleyası Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüşlərin yenidən bərpası və onlar arasında keçirilən Münhen görüşü və bunun ardınca iki ölkənin XİN rəhbərlərinin görüşünü təqdir edir.

Birxeber.Az xəbər verir ki, bunu XI Qlobal Bakı Forumu çərçivəsində BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransis xüsusi çıxışı zamanı deyib.

“Sülh və təhlükəsizliyin əldə olunması və bərpası istiqamətində daha çox addımların atılacağını, proqresə nail olunacağına inanırıq və gözləyirik. BMT Baş Assambleyası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində iki ölkə arasında sülh sazişinin imzalanacağına ümid edir”, - o deyib.