Başqırdıstanda avtomobillə traktor toqquşub, 4 nəfər ölüb - VİDEO

Başqırdıstanda avtomobillə traktor toqquşub, 4 nəfər ölüb - VİDEO

Rusiyanın Başqırdıstan Respublikasında minik avtomobili və traktorun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti bildirib.

“Hadisə yerinə gələn kimi Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və Respublika Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları avtomobildə dörd nəfərin olduğunu, onların hamısının keçindiyini müəyyən ediblər. Traktorun sürücüsünə isə ilkin tibbi yardım göstərilib”, – məlumatda deyilib.

Əlavə edilib ki, ölənlərdən biri qadın, üçü kişidir.

Qeyd olunub ki, yol-nəqliyyat hadisəsi yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə 05:00-da) Çernolesovski və Nikolayevka yaşayış məntəqələri arasında baş verib.