Antalyada Əhməd Cavadın 130 illik yubileyi qeyd edilib

Antalyada Əhməd Cavadın 130 illik yubileyi qeyd edilib

Türkiyənin Antalya şəhərində Azərbaycanın və türk dünyasının görkəmli şairi, Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunuş tədbir keçirilib.

Bu barədə "Birxeber.Az"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi və Antalya Türk Ocaqlarının birgə təşkilatçılığı ilə baş tutan tədbir iki qardaş ölkənin Dövlət himnlərinin səsləndirililməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Ceyran Səttarova və Antalya Türk Ocaqlarının sədri Abdullah Uysal qonaqları salamlayıblar. Onun əsərlərinin təkcə Azərbaycanda deyil, türk dünyasında da çox sevildiyi, "Çırpınırdın, Qara dəniz" şeirinin Türkiyədə ən çox "Yol ver türkün bayrağına" adı ilə məşhur olduğu nəzərə çatdırılıb. Bu şeirə dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstələdiyi şərqini Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün çox sevdiyi, ilk dəfə dinlərkən gözlərinin yaşardığı vurğulanıb.

Sonra şairin ömür yoluna həsr olunmuş sənədli film göstərilib.

Tədbirdə məruzəçi qismində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva və Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar İsmayılova sovet rejiminin repressiya qurbanı olmuş şairin həyatı və yaradıcılığı barədə ətraflı danışıblar. Onun şeirlərində və məqalələrində dövrün aktual məsələlərini işıqlandırdığına, türk xalqına məhəbbət hissini tərənnüm etdiyinə diqqət cəlb edilib.

Tədbirin bədii hissəsində Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi və Antalya Türk Ocaqlarının üzvləri Əhməd Cavadın şeirlərini səsləndiriblər.

Sonda tədbir iştirakçılarına xatirə hədiyyələri və təşəkkürnamələr təqdim olunub.

Diaspor Diaspor
Brüsseldə keçiriləcək mitinqin təşkilatçısı: "Güney Azərbaycan türklərinin haqq səsini dünyaya çatdıracağıq"

Brüsseldə keçiriləcək mitinqin təşkilatçısı: "Güney Azərbaycan türklərinin haqq səsini dünyaya çatdıracağıq"

Diaspor Diaspor
Brüsseldə aksiya keçirən Güney azərbaycanlılar İranla bağlı bəyanat qəbul ediblər - YENİLƏNİB - VİDEO

Brüsseldə aksiya keçirən Güney azərbaycanlılar İranla bağlı bəyanat qəbul ediblər - YENİLƏNİB - VİDEO

Diaspor Diaspor
Brüsseldə aksiya keçirən Güney azərbaycanlılar İranla bağlı bəyanat qəbul ediblər - YENİLƏNİB

Brüsseldə aksiya keçirən Güney azərbaycanlılar İranla bağlı bəyanat qəbul ediblər - YENİLƏNİB

Diaspor Diaspor
Almaniya azərbaycanlıları İrandakı səfirlikdə törədilən terrorla bağlı bəyanat yayıb

Almaniya azərbaycanlıları İrandakı səfirlikdə törədilən terrorla bağlı bəyanat yayıb

Diaspor Diaspor
Azərbaycan icması Niderland parlamentini obyektiv mövqe tutmağa çağırıb

Azərbaycan icması Niderland parlamentini obyektiv mövqe tutmağa çağırıb

Diaspor Diaspor
“Qarabağ xanlığı: tarixi və mədəni kimlik” kitabının təqdimat mərasimi keçirilib

“Qarabağ xanlığı: tarixi və mədəni kimlik” kitabının təqdimat mərasimi keçirilib

Diaspor Diaspor
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi təşkil edilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi təşkil edilib

Diaspor Diaspor
Qərbi Azərbaycan İcması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu pisləyib  

Qərbi Azərbaycan İcması ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu pisləyib  

Diaspor Diaspor
Güney azərbaycanlılar Brüsseldə aksiya keçirir, əsas tələb İranda azadlıq və ədalətdir

Güney azərbaycanlılar Brüsseldə aksiya keçirir, əsas tələb İranda azadlıq və ədalətdir

Diaspor Diaspor
Fuad Muradov Polşanın Xaricilər Ofisinin rəhbəri və qubernatorla görüşüb

Fuad Muradov Polşanın Xaricilər Ofisinin rəhbəri və qubernatorla görüşüb

Diaspor Diaspor
ABŞ-ın Mayami-Deyd dairəsində fevralın 26-sı Xocalının Anım Günü elan edilib

ABŞ-ın Mayami-Deyd dairəsində fevralın 26-sı Xocalının Anım Günü elan edilib

Diaspor Diaspor
Rusiya hərbçilərinin girovluğundan azad olunan tələbə Azərbaycan diasporuna təhvil verilib

Rusiya hərbçilərinin girovluğundan azad olunan tələbə Azərbaycan diasporuna təhvil verilib