Xabi Alonso: Komanda bərabərlik qolundan sonra daha çox istəkli idi

Xabi Alonso: Komanda bərabərlik qolundan sonra daha çox istəkli idi

Bərabərlik qolundan sonra komandamın daha çox istəkli olduğunu gördüm.

"Report" xəbər verir ki, bunu Almaniyanın "Bayer 04" klubunun baş məşqçisi Xabi Alonso evdə "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis matçda geridönüş etməyin asan olmadığını bildirib: "Buna baxmayaraq futbolçular yaxşı çıxış etdilər. Patrik Şikin sonuncu qolu əla idi".

İspaniyalı baş məşqçi komanda ruhunun vacib olduğunu söyləyib: "Sonadək mübarizə aparmaq niyyətindəyik. Komandada çoxlu inam və aclıq var".