Məhəmməd Mustafa Fələstinin Baş naziri təyin olunub

Məhəmməd Mustafa Fələstinin Baş naziri təyin olunub

Fələstin dövlətinin Prezidenti Mahmud Abbas Fələstin İnvestisiya Fondunun prezidenti Məhəmməd Mustafanı ölkənin Baş naziri vəzifəsinə təyin edib.

Birxeber.Az “TRT Haber”ə istinadən xəbər verir ki, Məhəmməd Mustafa Dünya Bankında və Fələstin rəhbərliyinə yaxın qurumlarda da fəaliyyət göstərib.

Xatırladaq ki, fevralın 26-da Fələstin dövlətinin Prezidenti Mahmud Abbas Mohammed Ştayyeh hökümətinin istefasını qəbul etmişdi.