Gürcüstanın Baş naziri: Regionda sülhün təmin edilməsi vacibdir

Gürcüstanın Baş naziri: Regionda sülhün təmin edilməsi vacibdir

Regionda sülhün təmin edilməsi vacibdir və bilirsiniz ki, ölkəmiz sülh prosesində həmişə müsbət rol oynayıb.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında martın 16-da Azərbaycana baş tutacağı səfəri şərh edərkən bildirib.

O, qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsinin Gürcüstan hökuməti üçün əsas prioritetlərdən olduğunu vurğulayıb.

"Biz ikitərəfli əməkdaşlıqla bağlı bütün məsələləri müzakirə edəcəyik. Ona görə də ikitərəfli münasibətlərin dərinləşdirilməsi, regionumuzda - Cənubi Qafqazda sülh və sabitliyin təşviqi üçün hər şey ediləcək”, - Kobaxidze deyib.

Qeyd edək ki, Kobaxidze martın 16-da Azərbaycana, gələn həftə isə Ermənistana səfər edəcək.