Avropa Liqası: "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub

Avropa Liqası: "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub

Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə gələcək "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Bayer 04": Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka.

"Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo.

Qeyd edək ki, bu gün Leverkuzen şəhərindəki "BayArena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.