Gəncədə minik avtomobili yanıb - YENİLƏNİB

Gəncədə minik avtomobili yanıb - YENİLƏNİB

Gəncədə minik maşının yanmasının bəzi təfərruatları məlum olub.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, yanan maşının sahibi Rusiya vətəndaşı olan 1968-ci il təvəllüdlü F.Ələsgərov bildirib ki, onun avtomobilin kürəkəni yandırıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

***

22:09

Gəncədə yanğın hadisəsi baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Belə ki, "VAZ " markalı minik maşını anidən alışıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə edilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.