Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmələr baş tutub

Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmələr baş tutub

Türkiyə ilə Rusiya arasında Ankarada siyasi məsləhətləşmələr baş tutub.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Görüşdə Türkiyə xairici işlər nazirin müavini Burak Akçapar və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin başçılıq edib.

Qeyd olunub ki, məsləhətləşmələr zamanı iki ölkənin ortaq gündəmində olan regional məsələlər müzakirə edilib.