Vətəndaşları dələduzluq yolu ilə aldadaraq pullarını mənimsəyən iki nəfər saxlanılıb - FOTO

Vətəndaşları dələduzluq yolu ilə aldadaraq pullarını mənimsəyən iki nəfər saxlanılıb - FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən iki nəfər şəxs, Zərdab rayon sakinləri Əhməd Məmmədov və Etibar Vəliyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Birxeber.Az"a verilən məlumata görə, ilkin dindirmə zamanı saxlanılan şəxslər vətəndaşlara qarşı dələduzluq etdiklərini etiraf ediblər.

Saxlanılan şəxslərin ətrafında aparılan tədbirlərlə məlum olub ki, onlar avtomobil elanları saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobillərin dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdiriblər.

Daha sonra isə onlara zəng edən alıcılarla satış qiyməti barədə razılığa gəldikdən sonra alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edib, zərərçəkmişlərə özlərinə məxsus bank hesab nömrəsi tədqim ediblər. Alıcılar tərəfindən beh göndərildikdən sonra isə qabaqcadan əlbir olan tanışlar zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyiblər.

Araşdırmalar zamanı onların respublikanın doqquz bölgəsində analoji cinayət əməli törətdikləri və 20 zərərçəkmiş şəxsə ümumilikdə 19 200 manat maddi ziyan vurduqları müəyyən edilib. Faktlarla bağlı hər iki şəxs barəsində Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları Ə.Məmmədovun və E.Vəliyevin digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Hacıqabul RPŞ-nə məlumat vermələri xahiş olunur.

HADİSƏ HADİSƏ
Binə sakininə hədə-qorxu gələrək qızıl-zinət əşyalarını alan şəxs saxlanılıb

Binə sakininə hədə-qorxu gələrək qızıl-zinət əşyalarını alan şəxs saxlanılıb

HADİSƏ HADİSƏ
Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər barəsində protokol tərtib olunub

Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər barəsində protokol tərtib olunub

HADİSƏ HADİSƏ
Qobustanda yanacaqdaşıyan avtomobil yanıb, bir nəfər ölüb - YENİLƏNİB

Qobustanda yanacaqdaşıyan avtomobil yanıb, bir nəfər ölüb - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Bakıda yetkinlik yaşına çatmayan iki nəfər bıçaqlanıb, 17 yaşlı şəxs saxlanılıb

Bakıda yetkinlik yaşına çatmayan iki nəfər bıçaqlanıb, 17 yaşlı şəxs saxlanılıb

HADİSƏ HADİSƏ
Göygöl sakini dərəyə yıxılaraq xəsarət alıb

Göygöl sakini dərəyə yıxılaraq xəsarət alıb

HADİSƏ HADİSƏ
Abşeronda yaşayış evində partlayış olub

Abşeronda yaşayış evində partlayış olub

HADİSƏ HADİSƏ
Rəşad Dağlının cinayət işi üzrə hazırlıq iclası keçirilib

Rəşad Dağlının cinayət işi üzrə hazırlıq iclası keçirilib

HADİSƏ HADİSƏ
Bakıda yanmış meyiti tapılan qadın müəllim öldürülübmüş... - TƏFƏRRÜAT

Bakıda yanmış meyiti tapılan qadın müəllim öldürülübmüş... - TƏFƏRRÜAT

HADİSƏ HADİSƏ
NİİM piyadalara yol verməyən sürücülərə müraciət edib

NİİM piyadalara yol verməyən sürücülərə müraciət edib

HADİSƏ HADİSƏ
Qalada evlərdən oğurluq edən yeniyetmələr saxlanılıb

Qalada evlərdən oğurluq edən yeniyetmələr saxlanılıb

HADİSƏ HADİSƏ
Beyləqan sakinindən tapança götürülüb

Beyləqan sakinindən tapança götürülüb

HADİSƏ HADİSƏ
Bakıda sürücünün ürəktutması səbəbindən qəza olub

Bakıda sürücünün ürəktutması səbəbindən qəza olub