Anqolada 50 nəfər cadugərlik testi mayesi içərək ölüb

Anqolada 50 nəfər cadugərlik testi mayesi içərək ölüb

Anqolada cadugərlikdə günahlandırılan 50-dən çox adam yerli inanclara görə, qaranlıq qüvvələrlə ünsiyyət qurmaq sınağı kimi dəyərləndirilən maye içmə testinə məcbur edildikdən sonra ölüb.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə AFP-yə yerli polisdən məlumat verilib.

“50-dən çox insan sirli maye içməyə məcbur edilib. İcma ağsaqqallarının sözlərinə görə, bu, bir insanın cadu ilə məşğul olub-olmadığını aşkar edə bilən test formasıdır”, - Kamakupa şəhərinin (Bie əyaləti) bələdiyyəsinin əməkdaşı Luziya Filemone deyib.

Qeyd edək ki, Anqolada cadugərlik ilə məşğul olanları mühakimə edən qanun yoxdur. Bununla belə, kənd əhalisi arasında bütün cəmiyyətə bədbəxtlik gətirməyə qadir olan cadugərlərə inam geniş yayılıb. Nəticədə qaranlıq qüvvələrlə təmasda olmaqda şübhəli bilinən insanları “mbulunqo” kimi tanınan xüsusi bitki dəmləməsini içməyə məcbur edirlər. İnanclara görə, insan onu içdikdən sonra ölürsə, deməli, cadugərliklə məşğul olubmuş.