Slovakiyada hökumətə əleyhinə kütləvi etiraz aksiyaları keçirilib

Slovakiyada hökumətə əleyhinə kütləvi etiraz aksiyaları keçirilib

Slovakiyada on minlərlə etirazçı baş nazir Robert Fico hökumətinin həyata keçirdiyi cinayət hüququ islahatlarının dayandırılmasını tələb edir.

APA xəbər verir ki, bu barədə Sme portalı məlumat yayıb.

Etirazçılar islahatı dayandırmaqla yanaşı, hökumətin istefasını da tələb edirlər. Ötən parlament seçkiləri nəticəsində Slovakiyada hakimiyyəti itirmiş parlament müxalifəti liberal partiyaları kütləvi etiraz aksiyalarına çağırıb.