AEBA rəhbəri yaxın vaxtlarda Rusiya və Ukraynaya səfər edəcək

AEBA rəhbəri yaxın vaxtlarda Rusiya və Ukraynaya səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi yaxın vaxtlarda Ukrayna və Rusiyaya səfər etməyi planlaşdırır.

“Birxeber.Az” xəbər verir ki, bu barədə təşkilat rəhbəri Ukraynanın Zaporojye AES-dəki vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurası üçün brifinqdən sonra bildirib.

"Mən Zaporojyeyə qayıtmağı planlaşdırıram, yaxın 10 gün ərzində orada, həmçinin Kiyevdə və Rusiyada olacağam", - Qrossi deyib.

AEBA müşahidəçiləri sonuncu dəfə 2023-cü ilin noyabrında obyektin daxili və xarici hasarları arasındakı bufer zonasında mina aşkar ediblər. Təşkilatın bəyanatında vurğulanır ki, minalar stansiyanın operativ heyəti üçün əlçatmaz qapalı zonada yerləşir.