Lənkəranda avtoqəzada bir ailənin üç üzvü xəsarət alıb

Lənkəranda avtoqəzada bir ailənin üç üzvü xəsarət alıb

Lənkəranda avtoqəzada bir ailənin üç üzvü xəsarət alıb.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Qurumba kənd ərazisində baş verib.

"VAZ-21015" və VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində birincinin sürücüsü, Lənkəran rayonunun Rvo kənd sakini 1983-cü il təvəllüdlü Rauf Məmməd oğlu Nəzərov, onun həyat yoldaşı 1994-cü il təvəllüdlü Gültəkin Ziyad qızı Nəzərova və azyaşlı övladları xəsarət alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.