Latviyanın sabiq prezidenti: Bakı Forumu dünyada vizyonların mübadiləsinə əhəmiyyətli töhfə verir

Latviyanın sabiq prezidenti: Bakı Forumu dünyada vizyonların mübadiləsinə əhəmiyyətli töhfə verir

“Bu platforma çərçivəsində biz qlobal məsələlər ətrafında fikir mübadiləsi aparırıq”.

Birxeber.Az-nın xəbərinə görə, bunu XI Qlobal Bakı Forumu çərçivəsində Latviyanın keçmiş Prezidenti Egils Levits mediaya açıqlamasında deyib:

“Siz bu konfransda Latviyanın sabiq prezidentlərinin və Baş nazirlərinin iştirakını görürsünüz. Hətta sabiq prezidentlərdən biri xanım Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin sədrlərindən biridir. Keçmiş siyasətçilər bu forumun ətrafında birləşiblər”.

Egils Levits hesab edir ki, Azərbaycanın bu foruma ev sahibliyi yerinə düşüb, çünki bu ölkə mədəniyyətlərin, nəqliyyat qovşaqlarının kəsişməsində, özünəməxsus coğrafi mövqedə yerləşir: “Beləliklə müxtəlif mədəniyyətlərə, tarixə malik olan, müxtəlif dillərdə danışan ölkələr burada danışa, mövqelərini ifadə edə bilər. Bu platforma dünyada baxışların, vizyonların mübadiləsinə əhəmiyyətli töhfə verir”.