Stoltenberq Gürcüstana səfər edəcək

Stoltenberq Gürcüstana səfər edəcək

NATO Baş katibi Yens Stoltenberq yaxın gələcəkdə Gürcüstana səfər edəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Stoltenberq bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, Gürcüstanın NATO üçün dəyərli tərəfdaş olduğunu, bütün Avropa ölkələri kimi öz yolunu seçmək hüququ olduğunu vurğuayıb.

“Gürcüstan NATO-nun dəyərli tərəfdaşıdır. Biz qəti şəkildə inanırıq ki, bütün Avropa ölkələri kimi Gürcüstanın da öz yolunu seçmək hüququ var. Mən bir neçə dəfə Gürcüstanda olmuşam, tərəfdaşlığımızı daha da gücləndirmək üçün yaxın vaxtlarda yenidən Gürcüstana səfər edəcəyəm", - Stoltenberq deyib.

Baş katib Gürcüstanın NATO standartlarına uyğunlaşması üçün islahatları davam etdirməli olduğunu əlavə edib.

"Mənim Gürcüstana mesajım əlbəttə, islahatlardır ki, bu da vacibdir. NATO bəzi əsas dəyərlərə - demokratiyaya, qanunun aliliyinə əsaslanır və Avro-Atlantik inteqrasiyaya doğru irəliləyən Gürcüstanın bu standartlara uyğun yaşaması vacibdir”, - Stoltenberq bildirib.