İslandiyanın sabiq prezidenti: Azərbaycan hərbi yolla taleyüklü problemi həll edib

İslandiyanın sabiq prezidenti: Azərbaycan hərbi yolla taleyüklü problemi həll edib

Azərbaycan hərbi yolla taleyüklü problemi həll edib.

Birxeber.Az-nın xəbərinə görə, bunu Qlobal Bakı Forumu çərçivəsində “Qlobal İdarəetmənin Təsdiqlənməsi/Gələcəyin Zirvəsi” mövzusunda paneldə İslandiyanın sabiq prezidenti Olafur Ragnar Grimsson bildirib.

Olafur Ragnar Grimsson Bakı Qlobal Forumunun açılışında Azərbaycan və Türkiyədən iki mühüm mesaj aldıqlarını qeyd edib: “Azərbaycan hərbi yolla taleyüklü problemi həll edib. Beynəlxalq təşkilatların ikili standartları nəticəsində bu münaqişə illərlə həllini tapmayıb. Eyni zamanda Türkiyə tərəfi regional əməkdaşlığın əhəmiyyətindən bəhs etdi. 30 il münaqişə həll edilməmiş qalıb, bu həm də BMT-də islahatlar aparılmamasının nəticəsidir”.