Dövlət büdcəsi hesabına göstərilən narkoloji yardımın minimal standartlarında dəyişiklik olub

Dövlət büdcəsi hesabına göstərilən narkoloji yardımın minimal standartlarında dəyişiklik olub

“Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartları”nda dəyişiklik edilib.

Birxeber.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, narkoloji xəstəliklərə düçar olmuş şəxslərdə bu xəstəliklər nəticəsində onların həyatı üçün təhlükə yaradan hallarda (kəskin psixotik pozuntular, qıcolmalar, narkotik vasitələrin və psixotrop maddələrin nəticəsində yaranan komatoz (dərin şüur pozuntusu) vəziyyətdə) təxirəsalınmaz tibbi tədbirlər dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartlarından biri olacaq.

Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından qat-qat artıq birdəfəlik istifadəsi nəticəsində yaranan komatoz (dərin şüur pozuntusu) vəziyyətdə) təxirəsalınmaz tibbi tədbirlər bu standartlar sırasından çıxarılıb.