Valter Fust: Bakının görüş yerinə, beynəlxalq konfranslar üçün məkana çevrilmək potensialı var

Valter Fust: Bakının görüş yerinə, beynəlxalq konfranslar üçün məkana çevrilmək potensialı var

Bakının görüş yerinə, beynəlxalq konfranslar üçün məkana çevrilmək potensialı var.

Bunu “Report”a İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) baş direktoru (1993-2008) Valter Fust (Walter Fust) deyib.

Onun sözlərinə görə, Bakı Qlobal Forumunun parçalanmış dünyanın bərpası istiqamətində töhfəsi çox böyükdür: "Çünki burada təxminən 400 nəfər iştirak edir. Nəticədə ideyalar mübadiləsi baş verir. Ona görə də Bakının görüş yerinə, beynəlxalq konfranslar üçün məkana çevrilmək potensialı var. Bu ilin noyabrında COP29 konfransı keçiriləcək”.

V.Fust bildirib ki, son illər Azərbaycanda müsbətə doğru dəyişikliklər var: "Panel müzakirələrinə azərbaycanlı nümayəndələr daha çox qatılır. Əvvəllər bunu əcnəbilərin öhdəsinə buraxırdılar, indi isə onun bir hissəsidirlər və tam şəkildə iştirak edirlər. Bu da perspektivlidir”.