ABB və AZAL-dan təyyarə biletlərində sərfəli təklif

ABB və AZAL-dan təyyarə biletlərində sərfəli təklif

ABB AZAL-la birgə səyahətsevərlər üçün maraqlı yenilik təqdim edib. AZAL-ın təyyarə biletlərini indi TamKartla alıb ödənişi hissə-hissə həyata keçirmək olar. Bu imkan yalnız AZAL-ın rəsmi internet səhifəsindən və mobil tətbiqindən elektron qaydada alınmış biletlərə aiddir.

Müştəri istəyindən asılı olaraq ödənişi TamKartla 3 ayadək faizsiz taksitlə ödəyə bilər. Bu fürsətdən AZAL-ın bütün istiqamətlər üzrə təşkil etdiyi uçuşlarda faydalanmaq mümkündür. Bunun üçün müştəri AZAL-ın internet səhifəsində və ya tətbiqində bileti seçib ödəniş mərhələsinə keçməli, ödəniş üsulu kimi TamKartı seçməlidir. TamKartı buradan , AZAL-ın təyyarə biletlərini isə buradan onlayn əldə edə bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.