Gəncə Dövlət Filarmoniyası yeni orkestrini təqdim edəcək

Gəncə Dövlət Filarmoniyası yeni orkestrini təqdim edəcək

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası tezliklə yeni orkestrini təqdim edəcək.

Filarmoniyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, orkestrin fəaliyyəti Azərbaycanın və Qərb ölkələrinin bəstəkarlarının əsərlərinin təbliğində çox mühüm rol oynayacaq.

Kollektivin adı Gəncədə ilk dəfə baş tutacaq konsertdə açıqlanacaq. Yeni yaradılacaq orkestrin Azərbaycanı qarış-qarış gəzərək xüsusi hazırlanmış proqramlarını təqdim etməsi nəzərdə tutulur.