Mircəlal Kazımi: Hazırda qohum olmayanlardan da orqan transplantasiyası həyata keçirilir

Mircəlal Kazımi: Hazırda qohum olmayanlardan da orqan transplantasiyası həyata keçirilir

Hazırda qohum olmayanlardan da orqan transplantasiyası həyata keçirilir.

Birxeber.Az xəbər verir ki, bunu ümumi cərrah, transplantoloq Mircəlal Kazımi bu gün Respublika Klinik Uroloji Xəstəxanasında keçirilən Dünya Böyrək gününə həsr olunmuş elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, burada bir şərt var ki, həmin şəxslər Səhiyyə Nazirliyinin Etika komissiyasından keçməlidir:

“Komissiya transplantasiya üçün müraciət edənlərə "yox" cavabı da verə bilər”.

O, həmçinin qeyd edib ki, Azərbaycanda böyrək transplantasiyası əməliyyatı olan 24, qara ciyər transplantasiyası əməliyyatı olan 17 qadının yenidən və ya ilk dəfə övlad dünyaya gətirib.