Avropa Mərkəzi Bankının sabiq prezidenti: Dünya qlobal maliyyə böhranı təhlükəsi ilə üzləşib

Avropa Mərkəzi Bankının sabiq prezidenti: Dünya qlobal maliyyə böhranı təhlükəsi ilə üzləşib

Dünya qlobal maliyyə böhranı təhlükəsi ilə üzləşib.

Birxeber.Az-nın xəbərinə görə, bunu Qlobal Bakı Forumu çərçivəsində “Qlobal İdarəetmənin Təsdiqlənməsi/Gələcəyin Zirvəsi” mövzusunda paneldə Avropa Mərkəzi Bankının sabiq prezidenti (2003-2011-ci illər), Fransa Bankının sabiq sədri (1993-2003-cü illər) Jan-Klod Trişe bildirib.

Jan-Klod Trişe bu gün kövrək dünyada yaşadığımızı söyləyib: “Beynəlxalq Valyuta Fondunda qərar vericilər ABŞ və Avropa ölkələridir. Dünya Bankında əsas qərarları 10 ölkə qəbul edir. Özəl sektora kapital axımı artırılmalı, şərtlər yumşaldılmalıdır. Əgər Beynəlxalq Valyuta Fondu və Dünya Bankında islahatlar aparılsaydı, “Böyük İyirmilər” daha effektli platforma olardı. Biz gələcəkdə gözlənilən böhranların, maliyyə sarsıntılarının qarşısını almaq üçün hərəkətə keçməliyik. Beynəlxalq maliyyə institutlarında sürətli islahatlar həyata keçirilməlidir. Əks halda biz qlobal maliyyə böhranlarının qarşısını ala biləcəyikmi? Hələ ki, çox gecikmişik”.