ABŞ-nin İraqdakı bazasına PUA hücumu olub

ABŞ-nin İraqdakı bazasına PUA hücumu olub

Pilotsuz təyyarə İraqın qərbindəki Ənbar vilayətində yerləşən ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinə məxsus Ayn əl-Əsəd bazasına zərbələr endirib.

APA-nın məlumatına görə, bu barədə “Shafaq News” informasiya portalı mənbəyə istinadən məlumat yayıb.

PUA partlayıcı ilə dolu olub. Hücumu qeyri-qanuni silahlı birləşmələrin etdiyi bildirilir.

Zərərçəkənlər və dəymiş ziyan barədə məlumat verilmir.