Rusiya Belarusa “MiQ-31K” qırıcısını göndərib
Rusiya Belarusa özünün “MiQ-31K” qırıcısını göndərib.
“Report” xəbər verir ki, məlumatı “Belaruski Qayun” yayıb.
Qırıcı “Kinjal” səsdən iti uçan raket daşıyıcıdır. Rusiya qırıcısının yerinin dəyişdirilməsinin detalları barədə ətraflı məlumat verilməyib.
Məlumata görə, Rusiya dekabrın 1-də Belarusdan “MiQ-31K” qırcılarını çıxarmışdı. Həmin döyüşçü təyyarələri ayyarım müddətində Belarusda yerləşdirilmişdi.