KOBİA auditor seçir

KOBİA auditor seçir

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 56 manatdır.

İddiaçılar təkliflərini aprelin 5-i, saat 16:00-a qədər KOBİA-nın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, 134 ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 5-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.