ABŞ Rusiyanın Beynəlxalq Taxıl Şurasının iclasında iştirakına imkan verməyib

ABŞ Rusiyanın Beynəlxalq Taxıl Şurasının iclasında iştirakına imkan verməyib

ABŞ hakimiyyəti rus diplomatların Beynəlxalq Taxıl Şurasının yanvarın 24-də Nyu-Orleanda (Luiziana) keçiriləcək iclasında iştirak etməsinə razılıq verməyib.

Birxeber.Az-nın məlumatına görə, bu barədə Rusiyanın ABŞ-dəki diplomatik missiyasının Telegram kanalında dərc olunan bəyanatda deyilir.

"Bir daha ictimai dairələrin və medianın diqqətini Amerika hakimiyyətinin Rusiya səfirliyinin ABŞ ərazisinə rəsmi səfərini məhdudlaşdıran destruktiv praktikasına cəlb edirik. Dövlət Departamenti tərəfindən imtinaların sayı durmadan artır. Bundan başqa, rəsmilər belə qərarların səbəbini izah etmirlər” – bəyanatda deyilir.