BMT Baş katibinin müavini: Parçalanmış dünyanın bərpası üçün işlər görülməlidir

BMT Baş katibinin müavini: Parçalanmış dünyanın bərpası üçün işlər görülməlidir

Parçalanmış dünyanın bərpası üçün işlər görülməlidir.

"Report" xəbər verir ki, bunu BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Qay Rayder (Guy Ryder) “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun lll panel müzakirəsində deyib.

O hesab edir ki, qarşıdakı çətinliklərin aradan qaldırılmasının həll yolları tapılmalıdır: "Dünyadakı bu halları düşünüb səmərəliliyi artırmalıyıq. Qəzzanı, Ukraynanı, iqlim dəyişmələrini düşünərək dünya üçün addımlar atmalıyıq".

BMT rəsmisi qeyd edib ki, bu məsələlərlə bağlı 5 təklif var: "Əvvəlcə, dayanıqlı maliyyə təmin edilməlidir, dünyada sülh və əmin-amanlıq bərqərar edilməlidir. Həmçinin, kibertəhlükəsizlik məsələsi düşünülməlidir. Texnologiya, innovasiya təşviq edilməli, bəşəriyyətə bərabər şəkildə paylanılmalıdır. Bu bərabərlik insanların hüquq və azadlıqları ilə ayaqlaşmalıdır. Gənclərlə bağlı mexanizm işlənilməlidir. Onların eşidilməsi üçün şərait yaradılmalıdır".

Q.Rayder bildirib ki, toplantının nəticəsi olaraq ağlabatan qərar qəbul edilməlidir.