Türkiyə hərbi-siyasi rəhbərliyinin iştirakı ilə Bağdadda təhlükəsizlik zirvəsi başlayıb

Türkiyə hərbi-siyasi rəhbərliyinin iştirakı ilə Bağdadda təhlükəsizlik zirvəsi başlayıb

İraqın paytaxtı Bağdadda Türkiyə hərbi-siyasi rəhbərliyinin iştirakı ilə təhlükəsizlik zirvəsi başlayıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, müzakirələrin əsas mövzusu terrorla mübarizə, təhlükəsizlik və hərbi əməkdaşlıqdır.

Toplantıda Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın iştirak edirlər.

Qeyd olunub ki, Türkiyə terrorla mübarizəsini davam etdirməklə yanaşı, Bağdadla əlaqələrini gücləndirmək niyyətindədir.