Eka Tkeşelaşvili: Bakı ilə İrəvan arasında birbaşa təmaslar sülh sazişinin imzalanması üçün daha səmərəlidir

Eka Tkeşelaşvili: Bakı ilə İrəvan arasında birbaşa təmaslar sülh sazişinin imzalanması üçün daha səmərəlidir

Azərbaycan və Ermənistanın rəsmi nümayəndələri arasında birbaşa təmaslar münasibətlərin normallaşması və sülh sazişinin imzalanması prosesinə daha effektiv təsir göstərə bilər.

Bunu “Report”a açıqlamasında Gürcüstan Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili deyib.

“Gürcüstan strateji baxımdan Azərbaycanla bağlı olan və Ermənistanla mehriban qonşuluq münasibətləri saxlayan ölkə kimi münasibətlərin normallaşdırılmasında rol oynaya bilər. Lakin indi birbaşa təmasların təmin edilməsi daha vacibdir. Azərbaycan hökumətinin bu istiqamətdə səyləri uğurlu olub. Buna görə də danışıqlarda vasitəçilik artıq aktual deyil”, - o vurğulayıb.