Gürcüstan Baş nazirinin sabiq müavini: Qlobal Bakı Forumu regionda bu miqyasda yeganə forumdur

Gürcüstan Baş nazirinin sabiq müavini: Qlobal Bakı Forumu regionda bu miqyasda yeganə forumdur

Qlobal Bakı Forumu Cənubi Qafqaz regionunda bu miqyasda yeganə forumdur.

Bunu “Report”a açıqlamasında Gürcüstan Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili deyib.

“Forum nəinki Azərbaycanı qlobal müzakirələrin mərkəzinə qoyur, həm də dünyanın hər yerindən liderləri cəlb edərək, bütün regionun parlaq incisinə çevrilir”, - o deyib.

E.Tkeşelaşvilinin sözlərinə görə, gələcəyimiz üçün həlledici olan məsələlərdən danışmaq lazımdır və bu forum əla müzakirələr platformasıdır.