Parisdə yüzlərlə insan miqrasiya qanununa qarşı aksiya keçirib

Parisdə yüzlərlə insan miqrasiya qanununa qarşı aksiya keçirib

Parisdə bir neçə yüz nəfər ölkədə miqrasiya qaydalarını sərtləşdirən qanunun ləğvi tələbi ilə etiraz aksiyası keçirib.

“Report” bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Etirazçılar Parisin mərkəzində, Konstitusiya Şurasının binasının yaxınlığındakı Luvr meydanına toplaşıblar.

Aksiyada Ümumi Əmək Konfederasiyası, “Həmrəylər”, Yeni Anti-kapitalist Partiyası və Kommunist Partiyasının üzvləri iştirak edib.