Bundestaq Ukraynaya “Taurus” raketlərinin verilməsinə qarşı çıxıb

Bundestaq Ukraynaya “Taurus” raketlərinin verilməsinə qarşı çıxıb

Bundestaq (Almaniya parlamenti) Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükünü nəzərdə tutan qətnaməni qəbul etməyib.

APA xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” (FAZ) məlumat yayıb.

Parlamentin bu gün keçirilən iclasında deputatların böyük əksəriyyəti Kiyevə “Taurus” qanadlı raketlərinin verilməsini ehtiva edən qətnamənin əleyhinə səs verib.

Səsvermədə 690 deputat iştirak edib: 190 nəfər lehinə, 495 deputat qətnamənin əleyhinə səs verib, 5 nəfər bitərəf qalıb.