Binəli Yıldırım: Dünyada baş verən müharibələrdən dərs çıxarmalıyıq

Binəli Yıldırım: Dünyada baş verən müharibələrdən dərs çıxarmalıyıq

Dünyada baş verən müharibələrdən dərs çıxarmalıyıq.

"Birxeber.Az" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun ll panel müzakirəsində deyib.

O vurğulayıb ki, beynəlxalq sistemin dağılması stabilliyin pozulması ilə nəticələnir: "Türkiyə gərginliklərin yaşandığı ərazilərə yaxındır. Bundan başqa, ölkəmiz daim dünyadakı qaçqınlara qapılarını açır. Biz eyni zamanda terror təşkilatları ilə qarşılaşırıq və onların sayı gündən-günə artır. Suriya, Yəmən, Ukrayna və Qəzzada baş verən hadisələr fonunda beynəlxalq sistemin dağıldığını görürük. Bu da birbaşa uşaqlara, qadınlara təsir edir. BMT Təhlükəsiz Şurasının fəaliyyəti iflic vəziyyətədədir".

B.Yıldırım qeyd edib ki, zəngin və kasıb ölkələr arasında bərabərlik tənzimlənməlidir: "Dünya səhiyyə sisteminin inkişafı, iqtisadi əməkdaşlıq detallı işlənməli və beynəlxalq təşkilatlar tərəfindən təşkil olunmalıdır".